Noyer zədəsini sağaltdı
Bayern Münich qapıçısı Manuel Noyer çiynindəki zədəsini sağaldıb.
Goal.az xəbər verir ki, o, Almaniya Bundesliqasının XIII turunda Hertha ilə qarşılaşmada Bayern-in ilk "11-liy"inə qayıdacaq.
Bayern-in və Almaniya millisinin qapıçısı daha əvvəl dəri xərçənginə görə üç dəfə əməliyyat olunduğunu açıqlamışdı. Bu mövsüm o, bütün yarışlarda 13 oyun keçirib və bunların 6-da qapısını toxunulmaz saxlayıb. Noyerin Münhen klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.