Schalke Bundesliqanın antirekordunu təkrarlayıb
Schalke Almaniya Bundesliqasında antirekordu təkrarlayıb.
Goal.az xəbər verir ki, komanda XIII turda Werder-ə 1:2 hesabı ilə uduzub.
Gelzenkirhen təmsilçisi ardıcıl 35-ci səfər qarşılaşmasında qalib gələ bilməyib. Daha əvvəl 1976 - 1981-ci illərdə Karlsrue eyni uğursuzluqla üzləşib.
Qeyd edək ki, Schalke Bundesliqada 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. (report)