Hamburg-un müdafiəçisinin dopinq-testinin cavabı müsbət çıxıb
Hamburg-un müdafiəçisi Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb.
Goal.az xəbər verir ki, Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb. DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı ehtimal olunur.