Bayern-də yeni müqavilə
Bayern-in futbolçusu Luka Hernandes klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.
Goal.az xəbər verir ki, fransalı müdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılacaq.
Qeyd edək ki, Hernandes 2019-cu ilin iyulundan Bayern-da çıxış edir. O, 2022/23 mövsümündə Münhenin təmsilçisinin heyətində 11 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.