25/01/2023
11:23
2867
| A A A
Bayern Münich 12 illik məşqçisini istefaya göndərib

Almaniyanın Bayern Münich qapıçılar üzrə məşqçisi Toni Tapaloviçi istefaya göndərib.

Goal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis 12 ildir fəaliyyət göstərdiyi Münhen təmsilçisindən qovulub.

Buna səbəb Tapaloviçin baş məşqçi Yulian Naqelsmannla fikir ayrılıqları olmasıdır. Eyni zamanda, mütəxəssisin bəzi oyunçularla münasibətinin qaydasında olmadığı bildirilir. Fransa təmsilçisi Monaco-da icarə əsasında çıxış edən qapıçı Aleksandr Nübel qış fasiləsində məhz Tapaloviçə görə Bayern-ə dönməkdən imtina edib.

Qeyd edək ki, Toni Tapaloviç 2011-ci ildən Bayern-da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI