13/05/2021
14:55
1099
| A A A
Xavi Qətər klubuyla yeni müqavilə imzaladı

Qətərin Al Sadd klubunda baş məşqçi Xavi ilə yeni müqavilə imzalanıb.

Goal.az xəbər verir ki, ispan mütəxəssis daha iki il Al Sadd-i çalışdıracaq. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xavinin baş məşqçisi olduğu Al Sadd Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır. Onun klubla əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.

Xavinin Al Sadd-dən ayrılıb, Barcelona-ya baş məşqçi təyin olunacağı gözlənilirdi.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında Barcelona-da çıxış edib.