13/05/2021
16:20
1767
| A A A
ÇL finalının stadionu müəyyənləşdi — RƏSMİ

UEFA bu mövsüm Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərarı verib.

Goal.az xəbər verir ki, həlledici matç İstanbulda yox, Portuqaliyanın Portu şəhərində keçiriləcək. Draqao stadionundakı görüşə 6 min azarkeş buraxılacaq.

Mayın 29-u keçiriləcək finalda Chelsea və Manchester City klubları üz-üzə gələcək.

Xatırladaq ki, İngiltərə hökuməti Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etdikdən sonra UEFA ilə İngiltərə hökuməti arasında danışıqlar başlamışdı.