24/10/2021
17:58
763
| A A A
Keşlə Qəbələ-yə məğlub oldu

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

Goal.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Birinci dövrədə uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ” ikinci dövrənin ilk turunda “Keşlə”nin qonağı olub. Son iki matçından qalib ayrılan paytaxt təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə, əyalət komandası isə qələbə həsrətinə son qoymağa çalışıb. Beş qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

8-ci tur

“Keşlə” – “Qəbələ” 2:3

Qol: A.Neto, 38. A.Yunanov, 90+7 – R.Renato, 23. A.Məmmədov, 30. İ.Alimi, 59.

Qırmızı vərəqə: S.Vukçeviç, 69.

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu.

“ASK Arena”, 16:00.