25/10/2021
12:56
3235
| A A A
Kepa İtaliya nəhənginin hədəfindədir

Chelsea-nin futbolçusu Kepa Arrisabalaqa karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, ispan qapıçı ilə Juventus maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Turin təmsilçisi qışda Kepanı heyətinə qatmaq üçün danışıqlara başlayacaq.

Chelsea-də az şans qazanan Kepa da klubu tərk etmək niyyətindədir. 27 yaşlı qapıçı bu mövsüm “zadəganlar”la 3 oyuna çıxıb.