25/10/2021
13:58
2386
| A A A
Salah Droqbanı keçdi

Liverpool-un futbolçusu Məhəmməd Salah Premyer Liqada yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu buna 9-cu turda Manchester United-lə görüşdə het-trik etməklə nail olub. Nəticədə misirli futbolçu çempionatda 107-ci qolunu vurub. Bununla da Salah Premyer Liqada ən çox qol vuran afrikalı oyunçu adını qazanıb.

Daha əvvəlki rekord Chelsea-nin və Kot-d'İvuar millisinin sabiq futbolçusu Didye Droqbaya məxsus idi (104 qol).

Qeyd edək ki, Liverpool ötən gün rəqibinə 5:0 hesabı ilə qalib gəlib.