Qarabağ yeni transferi ilə müqavilə imzaladı
Qarabağ yeni transferi Qaspar Panadero Zamora ilə 3 illik müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger komandada 17 nömrəli formanı geyinəcək.
O, İspaniyanın Almeria, Cadiz, Ponferradina klublarında çıxış edib. Qaspar Zamora İspaniyanın U-18 və U-19 yığmalarının üzvü olub.