24/10/2021
13:10
1499
| A A A
İbrahimoviç tarixə keçdi

Milan-ın fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.

Goal.az xəbər verir ki, 40 yaşlı hücumçu buna IX turda Bologna-nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

İsveçli forvard 90-cı dəqiqədə fərqlənməklə "rossonerilər"in 4-cü qoluna imza atıb. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.

Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.

Qeyd edək ki, Milan 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.