24/10/2021
14:41
710
| A A A
“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam” – Neftçi-nin hücumçusu

Neftçi-nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.

Goal.az xəbər verir ki, Zirə-nin qapısından qələbə topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı Neftçi qazandı”.

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub:

“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.