24/10/2021
15:43
1452
| A A A
"Bu məsələdə insanların nə istədiyi önəmli deyil"

Manchester United-in futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını bitirməyi düşünmür.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu açıqlamasında bunun üçün əsas olmadığını bildirib.

Təcrübəli forvardın sözlərinə görə, hələ bu qərarı vermək üçün tezdir: "Nəyə görə mən yığmadakı çıxışımı başa vurmaq barədə fikirləşməliyəm? Bu məsələdə insanların nə istədiyi önəmli deyil. Vacib olan mənim istədiyimdir. Yalnız qaça, driblinq edə, qol vura bilməyəcəyimi hiss etsəm, millidən gedərəm. Amma bütün bunları etmək üçün gücüm var".