29/09/2022
11:22
2973
| A A A
Morata mövsümün futbolçusu seçildi

İspaniya millisinin 2021/22 mövsümü üçün ən yaxşı oyunçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Marca nəşrinin sorğusunun nəticələrinə əsasən, bu ada Atletico Madrid-in hücumçusu Alvaro Morata layiq görülüb. 29 yaşlı oyunçuya bürünc buts formasında xüsusi mükafat təqdim edilib.

Morata ötən mövsüm İspaniya millisində 10 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI