09/12/2022
14:44
1107
| A A A
Beynəlxalq Boks Assosiasiyası: "IOC-un sanksiyaları idmançılara qarşı hücumdur"

"Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bizə qarşı sanksiyaları idmançılara və bütövlükdə idmana birbaşa hücumdur".

Goal.az xəbər verir ki, bu barədə Beynəlxalq Bok Assosiasiyasının (IBA) bəyanatında bildirilib.

5-7 dekabrda İsveçrənin Lozanna şəhərində IOC-un İcraiyyə Komitəsinin iclası keçirilib. Qurumun direktoru Kit Makkonnell IBA-nın fəaliyyətinin dayandırılmasının qüvvədə qaldığını söyləyib.

IBA iki ildir qurumun sabiq prezidenti Vu Tsinqin təşkil etdiyi sistemə qarşı mübarizə apardıqlarını və hazırda boksun birbaşa hücuma məruz qaldığını vurğulayıb: "Biz "parçala və qalib gəl" süni ritorikasını qəbul etməyəcəyik, quruma qarşı hücum idmançılara və boksla məşğul olanlara qarşı hücumdur. Çünki biz ayrılmazıq. IBA ailəsində birlik var. İdmançılar boksun idarəedici orqanın təkmilləşməsini dəstəkləyirlər".

GÜNÜN ƏN ÇOX OXUNANLARI