13/05/2021
11:27
2016
| A A A
“Ronaldo ilə birlikdə oynamaq istərdim"

PSG-nin futbolçusu Neymar birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, braziliyalı hücumçu, Juventus-da çıxış edən Kriştiano Ronaldo ilə birlikdə oynamaq istədiyini deyib:

“Ronaldo ilə birlikdə oynamaq istərdim. Daha əvvəl Lionel Messi ilə oynamışam, indi də Kilyan Mbappe ilə bir komandadayam. Lakin hələ Ronaldo ilə birlikdə olmamışam”.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSG-də çıxış edir. 29 yaşlı hücumçu bu mövsüm 28 oyunda 16 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.