13/05/2021
21:29
1139
| A A A
İmmobile Lazio-nun tarixinə keçdi

Lazio-nun futbolçusu Çiro İmmobile klubun tarixinə düşüb.

Goal.az xəbər verir ki, A seriyasının 36-cı turunda Parma ilə görüşdə (1:0) rəqib qapısına yol tapan hücumçu Roma təmsilçisinin heyətində 150-ci qolunu vurub.

Bununla da italyan forvard Lazio-nun ən yaxşı bombardiri olub. Parma ilə oyunda qələbə qolunu vuran futbolçu Silivio Piolinin (149 qol) rekordunu qırıb. Bombardirlər siyahısında 3-cü yerin sahibi isə 127 qolla Cüzeppe Sinoridir.

Qeyd edək ki, 2016-cı ildən Lazio-da çıxış edən İmmobile bu mövsüm A seriyasında 33 oyuna 20 qol vurub.