14/05/2021
14:27
2723
| A A A
“Qalib Lille olmayacaq, biz uduzmuş olacağıq” – Mbappe

PSG-nin futbolçusu Kilian Mbappe açıqlama verib.

Goal.az xəbər verir ki, fransalı hücumçu, Liqa 1-dəki çempionluq yarışından danışıb:

“Liqa 1-i qazana bilməsək, qalib Lille olmayacaq, biz uduzmuş olacağıq. Mənim üçün vacib olan komandama kömək etmək və çempionluqlar qazanmaqdır. Hər zaman qazanmaq istəmişəm. Əvvəllər daha eqoist idim. Bu il meydanda komanda yoldaşlarıma daha çox kömək etməyi öyrəndim”.

Qeyd edək ki, PSG Liqa 1-də sona iki tur qalmış lider Lille-dən 3 xalı geri qalaraq, ikinci sıradadır.