Trabzonspor-dan Genoa-ya
Trabzonspor klubunun futbolçusu Kaleb Ekuban karyerasını İtaliyada davam etdirəcək.
Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu Genoa-ya keçəcək. Ekuban yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
Trabzonspor klubu Ekubanın transferi üçün Genoa ilə danışıqlara başlanıldığını açıqlayıb.
Ekuban 2019-cu ilin yayından Trabzonspor-da çıxış edir. O, bu komanda ilə 103 oyunda 29 qol vurub, 18 məhsuldar ötürmə edib.