04/08/2021
12:56
952
| A A A
Brighton-da yeni müqavilə

Brighton müdafiəçisi Adam Uebsterlə müqavilənin müddətini artırıb.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yay bitəcəkdi.

Uebster 2019-cu ildən Brighton-un uğurları üçün çalışır. O, ötən mövsüm bu komandanın heyətində 31 matça çıxıb, 1 qol vurub.