04/08/2021
16:54
1402
| A A A
Ukraynalı deputat Tokio-2020-nin qalibi oldu

Ukraynalı deputat Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Goal.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.

Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub. O, həmçinin iki dəfə dünya, üç dəfə Avropa çempionluğu, Minsk-2019 II Avropa Oyunlarında qalibiyyət əldə edib.

Qeyd edək ki, Jan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.