26/11/2020
12:29
977
| A A A
FİFA-nın yeni reytinqi açıqlandı

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Goal.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib. Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb.

İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Qeyd edək ki, ilk üçlküdə dəyişiklik olmayıb. Belçika (1780) 1-ci, Fransa (1755) 2-ci, Braziliya (1743) 3-cü pillədə qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24346 səs