Çempionlar Liqasında yeni antirekord
Ötən gün UEFA Çempionlar Liqasında yeni antirekord qeydə alınıb.
Goal.az xəbər verir ki, buna Marseille qrup mərhələsinin 4-cü turunda Porto ilə matçda (0:2) nail olub.
Liqa 1 təmsilçisi Portuqaliya klubuna məğlub olmaqla, turnirdə ardıcıl 13-cü dəfə uduzub.
Bu isə Çempionlar Liqası üçün anirekord hesab edilir.
Bunadək ən pis göstərici isə Anderlecht-ə məxsus idi. Belçika təmsilçisi ardıcıl 12 qarşılaşmada məğlub olub.
Qeyd edək ki, Marsel təmsilçisi Porto-ya uduzmaqla 1/8 finalda iştirak etmək şansını itirib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR