Bayern Münich Atletico Madrid-in rekordunu təkrarladı
Bayern Münich avrokuboklarda Atletico Madrid-in rekordunu təkrarlayıb.
Goal.az xəbər verir ki, Münhen təmsilçisi buna Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə Salzburg-u 3:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra nail olub.
Bu, komandanın avrokuboklarda ardıcıl 16-cı qələbəsidir.
Atletico 2011/2012 mövsümündə Avropa Liqasında və UEFA Super Kubokunda ardıcıl 16 qələbə qazanıb.
Qeyd edək ki, dekabrın 1-də Çempionlar Liqasının A qrupunun V tur matçında Atletico Bayern-i qəbul edəcək. Münhen komandası qələbə qazanacağı təqdirdə, rekord qıracaq.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR