Noyerdən rekord göstərici
Bayern Münich-in qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, alman qolkiper Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Salzburg-la matçda (3:1) iştirak etməklə buna nail olub. Bu, onun ÇL-da ardıcıl 15-ci qələbəsi olub. Bu isə rekord göstəricidir.
Qeyd edək ki, bundan əvvəlki rekord ardıcıl 14 qələbə qazanan Kriştiano Ronaldo və Jozua Kimmixə məxsus idi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR