21/10/2019
16:50
3171
| A A A
Keçmiş kapitan Manchester United futbolçularını iyrənc adlandırdı

Manchester United-in sabiq futbolçusu Roy Kin keçmiş komandasının Premyer Liqanın 9-cu turunda Liverpool-la oyunu (1:1) haqda danışıb.

Goal.az xəbər verir ki, o, "Daily Mail"ə açıqlamasında Manchester United futbolçularını tənqid edib:

“Onlar mənə iyrənc gəldilər. Liverpool-a döyüşə gedirsiniz, ancaq tuneldə dayanıb, onlarla qucaqlaşıb, öpüşürsünüz. Bu, döyüş deyil! Axı siz onlara qarşı döyüşə gedirsiniz. Futbol çox dəyişməyib, ancaq oyunçular artıq fərqlidir. Onlara qarşı döyüşə gedirsən, ancaq həmin adamlarla öpüşürsən. Oyundan əvvəl yox, sonra söhbət edin və ya ümumiyyətlə, danışmayın”.

Qeyd edək ki, 1993-2005-ci illərdə MU-da çıxış edən irlandiyalı veteran yarımmüdafiəçi uzun müddət komandanın kapitanı olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39917 səs