18/08/2022
11:49
3076
| A A A
Qurban Qurbanov: "Qol şanslarından yararlana bilmədik"

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız var idi. Amma yararlana bilmədik".

Goal.az xəbər verir ki, bu fikirləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın Viktoria Plzen komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı mübarizə apardıqlarını bildirib: "Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Oyunçular çox əziyyət çəkdilər. Cavan görüşündə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqressiyanın çoxaldığını söyləyib: "Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Bir həftə sonra onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI