07/02/2023
23:48
913
| A A A
Rauf Məmmədov ikinci məğlubiyyətini alıb

Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsinin I divizionunda növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, ilk turda məğlub olan 35 yaşlı qrossmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gəlib. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Məmmədov ötən tur ABŞ təmsilçisi Uesli Soya uduzub - 1.5:2.5.

Qeyd edək ki, "Airthings Masters" fevralın 10-da başa çatacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI