17/08/2019
11:52
2057
| A A A
Roma Dzeko ilə bağlı qərarını verdi

Roma futbolçusu Edin Dzekonun müqaviləsinin müddətini artırıb.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi 33 yaşlı hücumçu ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Dzeko, 2016-cı ildə Manchester City-dən Roma-ya keçib.