30/09/2019
12:00
2798
| A A A
Alleqri yenidən Milan-ı çalışdıra bilər

Uğursuz mövsüm keçirən Milan yenidən baş məşqçi dəyişikliyinə hazırlaşır.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Rossonyerlər" yayda komandanın "sükanı arxası"na gətirilən Marko Campaolonu klubdan göndərməyi planlaşdırır.

Komandanın A seriyasında ilk 6 oyunun 4-də məğlub olması rəhbərliyi radikal addıma vadar edir. Rəhbərlik 2010-2014-cü illərdə Milan-a rəhbərlik etmiş Massimiliano Alleqri ilə danışıqlara başlayıb. Hazırda işsiz olan Alleqri ilə daha bir neçə klub maraqlanır.

Qeyd edək ki, aktivində 6 xal olan Milan hazırda A seriyasında 16-cı pillədə qərlarlaşır.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5662 səs