02/10/2019
16:10
17718
| A A A
Şevçenko Milan-a 2 şərtlə qayıda bilər

Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenkonun Milan-ın maraq dairəsinə düşdüyü barədə məlumat vermişdik.

Goal.az xəbər verir ki, Şevçenko Marko Campaolo istefaya göndəriləcəyi təqdirdə, Milan-ı çalışdırmağa razıdır. Ancaq Şevanın 2 şərti var.

43 yaşlı mütəxəssis Milan-da noyabrdan tez fəaliyyətə başlamaq niyyətində deyil. Çünki ona qədər Ukrayna yığması Avro-2020-nin seçmə mərhələsində Litva və Portuqaliya ilə qarşılaşacaq.

Bundan əlavə, Şeva Milan-da çalışmaqla yanaşı, Ukrayna yığmasındakı postunu da qorumağı planlaşdırır. O, yığmanın "sükanı” arxasında Avro-2020-nin final mərhələsində iştirak etmək istəyir.

Şevçenko 1999-2006-cı illərdə Milan-da oynayıb. O, karyerasını 2012-ci ildə bitirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11833 səs