02/10/2019
19:43
2157
| A A A
Donnarumma yeni təklifi rədd etdi

Milan-ın qapıçısı Canluici Donnarumma klubun yeni müqavilə təklifini qəbul etməyib.

Goal.az xəbər verir ki, klub İtaliya millisinin üzvü ilə müqavilənin müddətini uzatmaq üçün ona yeni şərtlər təklif edilib.

Lakin Donnarummanın meneceri Mino Rayola bunu qəbul etmədiklərini açıqlayıb.

Yeni müqaviləyə əsasən 20 yaşlı qolkiper bu komandada ilinə 6 milyon avro qazanacaqdı. Hazırkı müqavilənin müddəti 2021-ci ildə başa çatacaq. Yeni müqaviləyə əsasən, müddət də 2023-cü ilin yayına qədər artırılacaqdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37236 səs