09/10/2019
12:08
1875
| A A A
Milan baş məşqçisini istefaya göndərdi - yeni məşqçi müqavilə imzalamaq üçün gəlir

Milan baş məşqçisi Marko Campaolonu istefaya göndərib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 52 yaşlı mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

Marko Campaolonu, son olaraq son olaraq Fiorentina-nı çalışdırmış Stefano Piolinin əvəzləyəcəyi gözlənilir. Pioli müqavilə imzalamaq üçün Milana yola düşüb.

Xatırladaq ki, Milan 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.

money.az currency