18/10/2019
16:31
11898
| A A A
119 yaşlı klub fəaliyyətini dayandırdı

İtaliyanın Palermo klubu fəaliyyətini dayandırıb.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb klubun çoxlu borcunun olmasıdır.

Palermo-nun keçmiş sahibi Mauritsionun oğlu Andrea Zamparini borcları ödəmək üçün 10 milyon avro təklif etsə də, bu məbləğ çox aşağı olub və İflas məhkəməsi klubun fəaliyyətini dayandırmasıyla bağlı qərar qəbul edib.

1900-cü ildə yaranan Palermo, son mövsümdə İtaliya D Seriyasında mübarizə aparırdı. Komanda sonuncu dəfə 2016/17 mövsümündə İtaliya A Seriyasında çıxış edib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
580 səs