28/10/2019
20:41
2004
| A A A
A Seriyasında 67 il sonra təkrarlanan nəticə

Atalanta İtaliya A Seriyasının 9-cu turu çərçivəsində Udinese-yə 7:1 hesabı ilə qalib gəlib.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu qələbə sayəsində Atalanta klub tarixinin ən böyük qələbəsini təkrarlayıb. Komanda 1952-ci ildə Triestina-nı eyni hesabla məğlub etmişdi.

Bundan başqa, Atalanta cari mövsümdə keçirdiyi 9 çempionat oyununda 28 qol vurub. Bu nəticə 1992\93-cü il mövsümündən bəri İtaliya A Seriyasındakı ən yaxşı nəticədir. Həmin mövsüm Milan 9 turda 29 qolla yadda qalmışdı.

A Seriyasında 9 turdan sonra 20 xal toplayan Atalanta turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs