29/10/2019
09:41
769
| A A A
Riberi cəzalandı

Fiorentina-nın futbolçusu Frank Riberi 3 oyunluq diskvalifikasiya olunub.

Goal.az xəbər verir ki, buna Lazio-ya 1:2 hesabı ilə uduzduqları matçda fransalı yarımmüdafiəçinin yan xətt hakimini iki dəfə itələməsi səbəb olub.

36 yaşlı oyunçu 89-cu dəqiqədə Roma təmsilçisinin qələbə topunun qeydə alınmasından narazılığını belə formada bildirib. Bunadək isə o, 74-cü dəqiqədə əvəzlənməsinə etiraz edib.

Qeyd edək ki, Frank Riberi Fiorentina-ya yay transfer dövründə Bayern-dən azad agent qismində keçib. Onunla 2 illik müqavilə bağlanılıb. Bu mövsüm A Seriyasında 9 oyuna çıxan Riberi 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs