31/10/2019
12:13
678
| A A A
Buffon Del Pyeroya çatdı

İtaliya A seriyasının X turunda Genoa-nı qəbul edən Juventus minimal hesablı qələbə qazanıb (2:1).

Goal.az xəbər verir ki, bu görüşdə "qoca sinyora"nın qapısını Canluici Buffon qoruyub.

Bununla 41 yaşlı qolkiper klubun tarixinə düşüb. Belə ki, bu, Buffonun Turin təmsilçisinin heyətində A seriyasında 513-cü matçı olub. İtaliya millisinin sabiq üzvü bu baxımdan rekordçu olan əfsanəvi Alessandro Del Pyeroya çatıb.

Qeyd edək ki, karyerasının böyük hissəsi Juventus-a aid olan Canluici Buffon turinlilərin heyətində 9 dəfə ölkə çempionu olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs