01/11/2019
17:47
1221
| A A A
Balotellinin barmağı, cərimə olunan İnter - FOTO

İnter klubu azarkeşlərinə görə cəzalanıb.

Goal.az xəbər verir ki, Milan təmsilçisinin fanatları A Seriyasının sonuncu – 10-cu turunun Brescia ilə oyununda rəqib komandanın futbolçusu Mario Balotellinin ünvanına təhqiredici şüarlar səsləndiriblər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İnter azarkeşlərinin bu hərəkətinə görə 5 min avro cərimələnib.

Balotelli 2007-2010-cu illər aralığında İnter-də çıxış edib. Keçmiş komandasının azarkeşlərinin bu hərəkətini narazılıqla qarşılayan 29 yaşlı hücumçu, oyun zamanı onlara orta barmağını göstərib.

Brescia – İnter matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs