05/12/2019
21:08
3666
| A A A
Ançelotti istefaya göndərilə bilər

Napoli-nin baş məşqçisi Karlo Ançelotti gələn həftə istefaya göndərilə bilər.

Goal.az xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyini narahat edir.

Son 8 oyunda qalib gələ bilməyən Neapol təmsilçisinin gələn həftə Udinese-ni uda bilməyəcəyi və Genk-lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə Ançelottinin komandadan göndəriləcəyi bildirilib.

50 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə də münasibəti yaxşı deyil.

Qeyd edək ki, italiyalı mütəxəssis 2018-ci ildən Napoli-ni çalışdırır. Onun komandası hazıra A Seriyasında 20 xalla 7-ci pillədədir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12173 səs