12/03/2020
12:36
8475
| A A A
İnter fəaliyyətini dayandırdı - RƏSMİ

İnter müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırıb.

Goal.az xəbər verir ki, bu barədə “neradzurri”nın rəsmi saytı məlumat yayıb. Xəbərdə, Juventus-un futbolçusu Daniel Ruqanidə koronavirusun aşkarlanmasından sonra belə qərar alındığı bildirilib.

İnter klubu A Seriyası çərçivəsində sonuncu dəfə martın 8-də Juventus-la qarşılaşıb. Turinlilərin 2:0 hesablı qələbəsiylə bitən görüşdə Ruqani ehtiyat oyunçular skamyasında əyləşib.

İtaliyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən A Seriyasında mövsüm dayandırılmışdı.