15/03/2020
18:26
3274
| A A A
İbrahimoviç koronavirusa yoluxub?

İtaliyada daha bir futbolçunun koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Goal.az xəbər verir ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviçdən götürülən testlər müsbət nəticə verib.

İtaliya mətbuatının iddiasına görə, isveçli futbolçu 14 günlük karantinə alınıb. Lakin hələlik, bu xəbər rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, İtaliyada daha öncə 9 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı. Rəsmi açıqlamalara görə, “Yuventus”da Daniel Ruqani, “Fiorentina”da Patruk Kutrone, German Pesselya və Duşan Vlahoviç, “Sampdoriya”da isə Manolo Qabbyadini, Antonio de Qumina, Albin Ekdal, Omar Kolli və Morten Torsbi koronavirusa yoluxduğu üçün karantin altında müalicə olunur.