19/03/2020
14:36
1143
| A A A
A seriyası mayın 3-ü bərpa oluna bilər

İtaliya A seriyasının mayın 3-dən bərpası planlaşdırılır.

Goal.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina məlumat verib. O bildirib ki, hazırda yeni təqvim üzərində işləməyə başlayıblar:

"Çempionatı mayın 3-u bərpa etməyi və iyunun 30-u başa çatdırmağı planlaşdırırıq. Liqaların iyulun əvvəli də bitməsi mümkündür. Buna görə də UEFA və FİFA ilə birlikdə ölkəmizin səlahiyyətlilərinə müraciət göndərmişik. Görünür, biz avrokubokları və beynəlxalq fasiləni nəzərə alacağıq".