22/03/2020
19:46
2479
| A A A
Duqlas Kosta vətəninə qayıtdı

Juventus-un futbolçusu Duqlas Kosta İtaliyanı tərk edib.

Goal.az xəbər verir ki, bu barədə “Football İtalia” saytı məlumat yayıb.

Kosta 14 günlük karantin müddəti bitməmiş İtaliyanı tərk edib. Braziliyalı futbolçu vətəninə qayıtmaq üçün Juventus rəhbərliyindən icazə alıb.

Kostadan əvvəl Miralem Pyaniç, Qonsalo İquayn və Sami Xedira da İtaliyanı tərk etmişdi. İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı 4825-ə çatıb.