28/03/2020
14:28
1851
| A A A
Ronaldo və komanda yoldaşları maaşlarının bir hissəsindən imtina edirlər

Juventus-un futbolçusu Kriştiano Ronaldo koronavirus pandemiyasına görə məvacibinin azaldılmasına razıdır.

Goal.az xəbər verir ki, bu barədə Tuttosport nəşri məlumat yayıb. Xəbərdə, Ronaldonun bir illik məvacibinin bir hissəsindən imtina edəcəyi bildirilib. Bu məbləğ təxminən 4 milyon avroya yaxındır.

Juventus-da Ronaldo ilə yanaşı, Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi də məvaciblərinin bir hissəsindən imtina etməyə hazırdırlar.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs