29/03/2020
12:09
2125
| A A A
Juventus-da maaşlar azaldıldı - RƏSMİ

Koronavirus pandemiyasına görə Juventus-un futbolçuları və məşqçiləri dörd aylıq maaşlarının azaldılmasına kollektiv şəkildə razılıq veriblər.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytının yaydığı açıqlamada bildirilib. Əsas komandanın oyunçularına mövsümün geridə qalan hissəsi - 2020-ci ilin mart, aprel, may və iyun aylarının maaşı azaldılmaqla veriləcək. Klub cavab olaraq vəd edib ki, əgər mövsüm bərpa olunarsa, futbolçuların maaşı artırılacaq.

“Bu məsələ ilə əlaqədar yaxın günlərdə futbolçular və məşqçilərlə fərdi müqavilə imzalanacaq. Bu razılıq Juventus-a 2019/20 maliyyə ilində 90 milyon avroya qənaət etmək imkanı verəcək. Əgər mövsüm bərpa olunsa, klub maaşların artırılması ilə bağlı danışıqlar aparacaq. Juventus futbolçu və məşqçilərə çətin günlərdə etdiklərə fədakarlığa görə təşəkkür edir” - deyə klubun yaydığı açıqlamada bildirilir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5446 səs