29/03/2020
21:47
2796
| A A A
İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.

Goal.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib.

Onun sözlərinə görə, liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcək: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Juventus" başçılıq edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs