15/05/2020
14:15
777
| A A A
A Seriyası təmsilçiləri məşqdən imtina etdilər

İtaliya A Seriyasının 9 təmsilçisi mayın 18-də məşqə başlamaqdan imtina edib.

Goal.az xəbər verir ki, bunlar Milan, İnter, Napoli, Fiorentina, Cagliari, Atalanta, Verona, Sampdoria və Genoa-dır.

Bu klublar çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokoldan narazıdır. Protokolda göstərilir ki, oyunçulardan birində və ya klubun hər hansı işçisində koronavirus aşkar edilərsə, bütün komanda 15 gün ərzində karantinə göndəriləcək.

İtaliya klubları Bundesliqa nümunəsindən istifadə edilməsinin tərəfdarıdır. Bundesliqanın tibbi protokolunda qeyd olunub ki, koronavirusa yoluxma halında yalnız həmin şəxs karantinə göndərilir, komanda isə müvafiq testlərdən keçirilir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6015 səs