16/05/2020
17:18
1231
| A A A
Milan-ın baş məşqçi postuna yeni namizəd

Leipgizg-in baş nəşqçisi Yulian Naqelsmann karyerasını Milan-da davam etdirə bilər.

Goal.az xəbər verir ki, Milan-ın baş məşqçi və idman direktoru postlarına əsas iddiaçı hesab olunan Ralf Ranqnik rəhbərliyə Naqelsmannın namizədliyini təklif etməyi planlaşdırır. Ranqnikin növbəti həftə "rossoneri"lərin sahibi olan Elliot fondunun rəsmiləri ilə 32 yaşlı mütəxəssisin mümkün təyinatını müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, Leipzig cari mövsümdə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Komanda 25 turdan sonra Bundesliqanın üçüncü pilləsində qərarlaşıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6012 səs