17/05/2020
22:04
663
| A A A
İbrahimoviçin heykəlinin yeri dəyişdirilir

"Milan”ın hücumçusu Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəlinin yeri dəyişdiriləcək.

Goal.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

İbrahimoviçin heykəlinin köçürülməsinə səbəb, onun bir neçə dəfə vandalizmə məruz qalmasıdır. Malmö bələdiyyəsi heykəlin yerinin dəyişdirilməsi üçün “Malmö” klubunun icraçı direktoru Niklas Karlnenlə müzakirəyə başlayıb.

İbrahimoviçin keçmiş klubu “Malmö”nün stadionu yaxınlığındakı heykəli bir neçə dəfə vandalizmə məruz qalıb. Buna səbəb, İbrahimoviçin İsveçin digər klubu “Hammarby”nin səhmlərinin bir hissəsini alması olub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6014 səs